Главная > Dünya > Yeni Zelandiya sahillərində 5,4 maqnitudada zəlzələ olub
Yeni Zelandiya sahillərində 5,4 maqnitudada zəlzələ olub3-03-2024, 13:53. Разместил: azadses |
Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 maqnitudada zəlzələ baş verib. "Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,3 min nəfərin yaşadığı Hiks Bay şəhərindən 675 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib. Вернуться назад |