Главная > Dünya > Yaponiya Rusiya almazlarının idxalına məhdudiyyətləri sərtləşdirib

Yaponiya Rusiya almazlarının idxalına məhdudiyyətləri sərtləşdirib


1-03-2024, 09:42. Разместил: azadses
Rəsmi Tokio qeyri-sənaye məqsədləri üçün Rusiya almazlarının idxalına məhdudiyyətləri sərtləşdirib.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Rusiyadan qeyri-sənaye məqsədləri üçün almazların idxalına qadağa 2023-cü il dekabrın 15-də elan edilib və yanvarın 1-dən qüvvəyə minib.

Martın 1-də elan edilən yeni sanksiya ölkədən kənarda emal edilmiş olsa belə, Rusiyanın qeyri-sənaye almazlarının idxalını qadağa edir. Yəni almazlar təkcə birbaşa Rusiyadan deyil, həm də üçüncü ölkələrdən tədarük edilməyəcək.

Qeyd edək ki, Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək oraya 12 fiziki şəxs və 36 təşkilatı əlavə edib. Yeni sanksiyalar siyahısına daxil edilən təşkilatlar arasında “FSUE Atomflot”, “Kalaşnikov”, “Almaz-Antey”, “Uralvaqonzavod” və “Bazalt” konserni də var.


Вернуться назад