Главная > Dünya > Bu ölkədə seçkilər koronavirusa görə təxirə salındı

Bu ölkədə seçkilər koronavirusa görə təxirə salındı


17-08-2020, 08:38. Разместил: azadses
Yeni Zelandiya hökuməti Oklend şəhərində koronavirus infeksiyasına yoluxma hallarının gözlənilmədən artması səbəbindən parlament seçkilərini bir ay təxirə salmaq qərarına gəlib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Casinda Ardern mətbuat konfransında bildirib.
“Nəticədə, 17 oktyabr tərəflərə təşviqat apardığımız müxtəlif şərtləri planlaşdırmaq üçün kifayət qədər vaxt verir. Hamımız eyni gəmidəyik. Hamımız eyni mühitdə kampaniya aparırıq”, - deyə Arden vurğulayıb.
Qeyd edək ki, Yeni Zelandiyada seçkilər əvvəlcə sentyabrın 19-na təyin edilmişdi. Ölkə qanunu seçkilərin  21 noyabr tarixinə qədər keçirilməsini tələb edir.


Вернуться назад