Главная > Dünya > ABŞ İnstitutu: İran iqtisadiyyatı zəifləyib
ABŞ İnstitutu: İran iqtisadiyyatı zəifləyib22-02-2024, 10:30. Разместил: azadses |
İran iqtisadiyyatı zəifləyib. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb. Bildirilib ki, Rusiyaya silah satışı İranın pisləşən iqtisadi durumunu dirçəltmək üçün səylərinin bir hissəsidir: “İran Rusiyanı raketlərlə təmin etmək müqabilində Rusiyadan nağd pul əldə etməyə çalışa bilər”. Qeyd olunub ki, Rusiya “Shahed” dronlarının tədarükü müqabilində İrana təxminən 4,5 milyard dollar ödəyib: “Rusiya bu dronlar vasitəsilə Ukraynanın hava məkanına daha yaxşı nüfuz edə bilər”. Hesabatda həmçinin yazılıb ki, İranın Rusiyaya hərbi dəstəyinin gələcəkdə də davam etməsi və güclənməsi mümkündür. Вернуться назад |