Главная > Dünya > Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub, yaşayış evlərinə ziyan dəyib
Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub, yaşayış evlərinə ziyan dəyib15-02-2024, 11:18. Разместил: azadses |
Ukraynanın Lvov şəhərinin Rusiya hərbçiləri tərəfindən raket atəşinə tutulması nəticəsində yaşayış binalarına ziyan dəyib, pəncərələrin şüşələri sınıb. “Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Lvov şəhərinin başçısı Andrey Sadovoy bildirib. Onun sözlərinə görə, raketlərin bəziləri şəhərə düşüb. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur. Bildirilib ki, fevralın 15-də saat 5 radələrində Murmansk vilayətindəki Olenya hərbi aerodromundan altı “Tu-95” strateji bombardmançı təyyarəsi havaya qalxıb. Təxminən səhər saat 5-də bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib və sonradan Ukraynanın bütün ərazisinə yayılıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Qara dənizdən “Kalibr” raketlərini buraxdığını bildirib. Məlumata əsasən, səhər saat 8-dən sonra Kiyevdə partlayışlar baş verib. Dnepr və Zaporojyedə də yüksək səslə hava hücumundan müdafiə əməliyyatları aparıldığı bildirilib. Вернуться назад |