Главная > Dünya > İndoneziyada 5,3 maqnitudada zəlzələ baş verib

İndoneziyada 5,3 maqnitudada zəlzələ baş verib


5-02-2024, 10:30. Разместил: azadses
İndoneziyada 5,3 bal maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 840 min sakinin yaşadığı Padanq şəhərindən 133 km cənub-şərqdə, zəlzələ ocağı 53 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Вернуться назад