Главная > Dünya > Rusiyada avtobusla yük maşını toqquşdu: Ölən və yaralananlar var

Rusiyada avtobusla yük maşını toqquşdu: Ölən və yaralananlar var


28-01-2024, 18:51. Разместил: azadses
Moskvadan Nalçikə gedən sərnişin avtobusu Krasnodar diyarında magistral yolda yük maşını ilə toqquşub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində beş nəfər ölüb, altı nəfər yaralanıb.

Zərərçəkənlər Pavlovsk vilayətinin tibb müəssisələrinə göndərilib.
Hadisənin detalları araşdırılır.

Mənbə: TASS


Вернуться назад