Главная > Dünya > Yaponiyada zəlzələ qurbanlarının sayı 236 nəfərə çatıb

Yaponiyada zəlzələ qurbanlarının sayı 236 nəfərə çatıb


28-01-2024, 13:54. Разместил: azadses
Yanvarın ilk həftəsində Yaponiyada baş verən bir neçə zəlzələdə ölənlərin sayı 236 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə İsikava prefekturasının rəhbərliyi məlumat yayıb.

Qeyd edilir ki, zəlzələlərdə yaralanan 1 178 nəfərin müalicəsi davam edir.

Təbii fəlakət zamanı 43 min 380 bina zərər çəkib. Hazırda 14 mindən çox insan 490 təxliyyə məntəqəsində qalır, 3 min 500 ev elektrik enerjisindən məhrum olub,

Xatırladaq ki, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 maqnitudada bir neçə zəlzələ baş verib.


Вернуться назад