Главная > Dünya > Çində növbəti zəlzələ baş verib

Çində növbəti zəlzələ baş verib


23-01-2024, 13:01. Разместил: azadses
Çin Seysmik Xidməti Sincan-Uyğur Muxtar Rayonunun Aksu bölgəsinin Uşi qəzasında baş verən növbəti zəlzələ barədə məlumat yayıb.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

4,8 maqnitudalı zəlzələ Pekin vaxtı ilə saat 12:01-də baş verib. Zəlzələnin episentri 41,23 dərəcə şimal eni və 78,91 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib.

Xatırladaq ki, daha əvvəl Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Aksu vilayətindən 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə olub.


Вернуться назад