Главная > Dünya > Ukrayna ərazisinə kütləvi raket hücumu olub

Ukrayna ərazisinə kütləvi raket hücumu olub


23-01-2024, 12:10. Разместил: azadses
Ukrayna ərazisinə kütləvi raket hücumu olub.

"Report"un Şərqi Avropa bürosunun Kiyevdə olan əməkdaşının verdiyi məlumata görə, Rusiya ordusunun tərəfindən edilən hücum bu gün səhər yerli vaxtla 07.10 radələrində başlayıb.
Hazırda paytaxtda hava həyəcan siqnalları davam edir.

Bundan başqa, ölkəyə bombardmançı təyyarələrlə də hücum olub. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb.

Məlumata görə, raket zərbələri nəticəsində ölkənin Svyatoşinski rayonunda park edilmiş avtomobillər yanıb. Təcili yardım xidmətləri hadisə yerinə gedir.

Xarkov şəhərinə hücum nəticəsində isə bir neçə uşaq və bir qadın yaralanıb. Raketlərdən biri qaz kəmərinə dəyib və partlayış olub.


Вернуться назад