Главная > Dünya > Cozep Borrell Qəzza məsələsində bundan sonra sülh prosesindən danışmayacağını açıqlayıb

Cozep Borrell Qəzza məsələsində bundan sonra sülh prosesindən danışmayacağını açıqlayıb


22-01-2024, 13:54. Разместил: azadses
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell (Josep Borrell) bundan sonra Qəzza məsələsində sülh prosesindən yox, iki dövlətli həll yolundan danışacağını açıqlayıb.

"Report" xəbər verir ki, o bunu Aİ XİN başçılarının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Düşünürəm ki, biz sülh prosesi haqqında danışmağı dayandırmalıyıq. Mən iki dövlətli həll yolu haqqında daha konkret danışmağa başlayıram. Çünki çox fərqli sülhlər ola bilər. Hansı sülhdən danışırsınız? Gəlin, nə etmək istədiyimizi müzakirə edək. Bizim etmək istədiyimiz iki dövlətli həll yolu qurmaqdır. Ona görə də bundan sonra sülh prosesindən danışmayacağam", - C.Borrell qeyd edib.


Вернуться назад