Главная > Dünya > ABŞ dronu İraqda qəzaya uğrayıb

ABŞ dronu İraqda qəzaya uğrayıb


20-01-2024, 08:51. Разместил: azadses
ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatı İraqdakı Bələd aviabazasının yaxınlığında qəzaya uğrayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, insident yerli vaxtla saat 19:20 radələrində aviabazanın yaxınlığında baş verib.

Dron İraq hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Pentaqon faktla bağlı araşdırma aparıldığını açıqlayıb.


Вернуться назад