Главная > Dünya > Danimarka ordusu raketdən müdafiə və dron istehsalı üçün 2,33 milyard dollar alacaq
Danimarka ordusu raketdən müdafiə və dron istehsalı üçün 2,33 milyard dollar alacaq19-01-2024, 08:52. Разместил: azadses |
Danimarka hökuməti ölkənin Silahlı Qüvvələrinin maliyyələşdirilməsini tənzimləyən partiyalararası müdafiə sazişinin birinci hissəsi üçün parlamentdə əksəriyyətin dəstəyini təmin edib. "Report"un Krallığın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sənəd raketdən müdafiə vasitələri və pilotsuz uçuş apartalrının in istehsalı üçün 16 milyard kron (2,33 milyard dollar) ayrılmasını nəzərdə tutur. Belə ki, parlamentdə geniş səs çoxluğu ilə hökumət 2023-cü ilin iyununda yeni müdafiə sazişinin birinci hissəsini razılaşdırıb. Sənədi Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Müdafiə Nazirliyindəki parlament partiyalarının nümayəndələri təqdim ediblər. 2033-cü ilə qədər müdafiə sazişinə daxil edilən maliyyələşdirmənin ümumi məbləği 155 milyard kron (22,6 milyard dollar) təşkil edir. Вернуться назад |