Главная > Dünya > İsrail təhlükəsizlik qüvvələri HƏMAS-ın məhv edilən liderinin bacılarını saxlayıb
İsrail təhlükəsizlik qüvvələri HƏMAS-ın məhv edilən liderinin bacılarını saxlayıb14-01-2024, 08:00. Разместил: azadses |
İsrail təhlükəsizlik qüvvələri yanvarın əvvəlində öldürülən radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Arurinin iki bacısını saxlayıb. “Report” xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb. Dalal və Fatimə əl-Aruri bazar günü səhər saatlarında İordan çayının qərb sahilində keçirilən reydlər zamanı evlərində saxlanılıblar. Qeyd edək ki, 2017-ci ildən HƏMAS-ın siyasi büro rəhbərinin müavini vəzifəsində çalışmış və hərəkatın ikinci komandiri hesab edilən Əl-Aruri yanvarın 2-də İsrailin pilotsuz təyyarəsinin Livanın paytaxtı ətrafına hücumu nəticəsində öldürülüb. Вернуться назад |