Главная > Dünya > Husilərə endirilən zərbələrin əsas hədəfi dron, raket və radarlardır
Husilərə endirilən zərbələrin əsas hədəfi dron, raket və radarlardır12-01-2024, 08:47. Разместил: azadses |
Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostinin bəyanatında bildirilib. “Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır”, – Ostinin bəyanatında diqqətə çatdırılıb. Onun sözlərinə görə, “koalisiyanın bugünkü əməliyyatları husilərə aydın mesajdır”: “Qanunsuz hücumlarından vaz keçməsələr, bədəlini ödəməli olacaqlar”. “Birləşmiş Ştatlar özünümüdafiə hüququnu özündə saxlayır və lazım gələrsə, Amerika qüvvələrini qorumaq üçün növbəti addımlar atacağıq”, – nazir vurğulayıb. Вернуться назад |