Главная > Dünya > Papua-Yeni Qvineyada iğtişaşlar nəticəsində ölənlərin sayı 16-ya çatıb
Papua-Yeni Qvineyada iğtişaşlar nəticəsində ölənlərin sayı 16-ya çatıb11-01-2024, 16:16. Разместил: azadses |
Papua-Yeni Qvineyada baş verən genişmiqyaslı iğtişaşlar nəticəsində ölənlərin sayı 16-ya çatıb, onlarla insan yaralanıb. “Report” xəbər verir ki, bu barədə Avstraliyanın ABC yayım korporasiyası məlumat yayıb. Papua-Yeni Qvineyanın ikinci ən böyük şəhəri olan Lae polisinin məlumatına görə, paytaxt Port-Morsbidə baş verən iğtişaşlar zamanı azı 9, Laedə isə 7 nəfər ölüb. Xatırladaq ki, yanvarın 10-da yerli polis, hərbçilərin tətil keçirməsi fonunda Port-Morsbidə iğtişaşlar baş verib. Paytaxtda polisin qüvvələrinin olmamasından istifadə edən yüzlərlə insan dükanları qarət edib və yandırıblar. Paytaxta digər bölgələrdən polislər və hərbçilər göndərilib. Вернуться назад |