Главная > Dünya > Texasda hoteldə partlayış baş verib, onlarla insan yaralanıb

Texasda hoteldə partlayış baş verib, onlarla insan yaralanıb


9-01-2024, 09:40. Разместил: azadses
ABŞ-nin Texas ştatının Fort-Uort şəhərindəki “Sandman Signature” hotelində baş vermiş partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalının yerli bölməsi məlumat yayıb.

Bildirilib ki, bir nəfərin vəziyyəti ağırdır, dörd nəfər ağır yaralanıb, lakin onların həyatı üçün təhlükə yoxdur. Qalanları yüngül xəsarətlər alıblar. Ölənlər yoxdur.

Hadisə yerinə gələn yanğınsöndürənlər səbəbin qaz partlayışı olduğunu bildiriblər. Hoteldə təmir-bərpa işlərinin aparıldığı qeyd edilir.

Buna baxmayaraq, mehmanxana işləməyə davam edib.


Вернуться назад