Главная > Dünya > “Türkmengaz” və ADNOC “Qalkınış” yatağının işlənməsi üzrə anlaşma memorandumu imzalayıb

“Türkmengaz” və ADNOC “Qalkınış” yatağının işlənməsi üzrə anlaşma memorandumu imzalayıb


6-01-2024, 17:09. Разместил: azadses
Türkmənistanın dövlət qaz konserni “Türkmengaz” və Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) Türkmənistanın ən böyük qaz yatağı olan “Qalkınış”ın işlənməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, sənəd Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun BƏƏ-yə səfərinin yekunları üzrə imzalanıb.

Rəsmi “Neytral Türkmənistan” qəzetinin məlumatına görə, memorandum tərəflərin “Qalkınış” yatağının üçüncü mərhələsinin işlənməsi üçün strateji tərəfdaşlar cəlb etmək niyyətini və onların region ölkələrinə və digər dövlətlərə təbii qazın tədarükü üçün nəzərdə tutulan qaz kəməri infrastrukturunun tikintisi üçün enerji layihələrinin həyata keçirilməsində mümkün iştirakını nəzərdə tutur.

Bu şirkətlər daha bir memorandum imzalayıblar və ona əsasən atmosferə metan tullantılarının azaldılması sahəsində elmi-texniki və iqtisadi qarşılıqlı faydalı əməkdaşlığın potensial imkanlarını öyrənəcəklər.


Вернуться назад