Главная > Dünya > Belarusdakı vəziyyət "Gəncə Avtomobil Zavodu"nun istehsalına təsir edibmi?

Belarusdakı vəziyyət "Gəncə Avtomobil Zavodu"nun istehsalına təsir edibmi?


14-08-2020, 16:26. Разместил: azadses
“Belarusdakı siyasi vəziyyət Gəncə avtomobil zavodundakı yığım istehsalı prosesinə təsir etməyib”.
“Report” xəbər verir ki, bunu “Gəncə Avtomobil Zavodu” İB-dən bildirilib.
Həmçinin qeyd olunub ki, Belarus müəssisələri ilə bağlanmış müqavilələr əsasında maskomplektlərimiz ölkəyə çatdırılıb və xeyli müddət bəs edəcək: "Ehtiyyatlarımız var".
Qeyd edək ki, Belarusdakı prezident seçkiləri ilə bağlı keçirilən tətillərə Belarus Avtomobil Zavodunun (BelAZ), Minsk Avtomobil Zavodunun (MAZ) və digər müəssisələrin işçiləridə qatılıb.
Xatırladaq ki, 2006-cı ilin oktyabrında Prezidenti  İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarus Prezidenti ilə razılığa gəlinib. Bu razılığa əsasən avtozavod bu müəssisələrlə müqavilə bağlayıb. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. Qeyd edək ki, zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
1986-cı ildə əsası qoyulmuş “Gəncə Avtomobil Zavodu”nun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlanmalı olsa da, Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında “Gəncə Avtomobil Zavodu” işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb.

Вернуться назад