Главная > Dünya > Konqres tərəfindən vəsait ayrılmayana qədər Pentaqon Kiyevə silah verə bilməyəcək
Konqres tərəfindən vəsait ayrılmayana qədər Pentaqon Kiyevə silah verə bilməyəcək5-01-2024, 08:39. Разместил: azadses |
ABŞ Konqresi Kiyevə yardım üçün əlavə vəsaitin ayrılmasını təsdiqləyənə qədər Pentaqon öz anbarlarından silahları Ukraynaya verə bilməyəcək. “Report”un məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib. Pentaqonun sözçüsü təsdiqləyib ki, ABŞ lideri Cozef Baydenin əmri əsasında hərbi departament Ukraynaya ehtiyatlarından təxminən 4,2 milyard dollar dəyərində daha çox silah tədarük etmək səlahiyyətinə malikdir: “Buna görə də biz Konqreslə yaxından işləməyə davam edəcəyik və onu əlavə maliyyə tələbini təsdiqləməyə çağıracağıq. Вернуться назад |