Главная > Dünya > Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb - YENİLƏNİB

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb - YENİLƏNİB


4-01-2024, 10:30. Разместил: azadses
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 82-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, 80-dən çox şəxsin axtarışı davam etdirilir.

Ümumilikdə 339 nəfərin yaralandığı bildirilir.

09:09
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 78-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələdən sonra itkin düşmüş 50-yə yaxın şəxsin axtarışı davam etdirilir.

Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 1885-ci ildən bəri Noto bölgəsində baş verən ən güclü yeraltı təkan olduğunu bildirib.


Вернуться назад