Главная > Dünya > Blinkenin İsrailə səfəri təxirə salındı

Blinkenin İsrailə səfəri təxirə salındı


3-01-2024, 19:35. Разместил: azadses
ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfəri təxirə salınıb.

Bu barədə etibarlı mənbədən xəbər verilib.

Bildirilir ki, dövlət katibinin səfəri bu həftənin sonuna planlaşdırılsa da, gələn həftənin əvvəlinə təxirə salınıb.

Məlumatda vurğulanıb ki, bu, HƏMAS-ın lider üzvü Saleh əl-Arurinin Livanda öldürülməsi ilə bağlı deyil.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayının sonunda “Axios” portalı öz mənbələrinə istinadən xəbər vermişdi ki, Blinken yanvarın ilk həftəsinin sonunda İordan çayının qərb sahilində, eləcə də İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə Yaxın Şərq münaqişəsinin həllini müzakirə etmək niyyətindədir. Onun İsrailə cümə günü, yanvarın 5-də gedəcəyi bildirilmişdi.

Mənbə: The Times of Israel


Вернуться назад