Главная > Dünya > MDB-yə sədrlik Rusiyaya keçib

MDB-yə sədrlik Rusiyaya keçib


1-01-2024, 18:49. Разместил: azadses
Rusiya 2024-cü ilin yanvar ayının birindən etibarən Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etməyə başlayıb.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, ölkə iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid üzərində işi davam etdirməyi gözləyir.

O həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib.
Qeyd edək ki, təşkilata 2023-cü ildə Qırğızıstan sədrlik edib.

Mənbə: Gazeta.ru


Вернуться назад