Главная > Dünya > Çin peyk internet texnologiyaları üçün eksperimental qurğunu işə salıb

Çin peyk internet texnologiyaları üçün eksperimental qurğunu işə salıb


30-12-2023, 11:11. Разместил: azadses
Çin kosmosa internet texnologiyalarının peykləri üçün eksperimental qurğu buraxıb.

“Report” bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, peyk internet texnologiyaları üçün eksperimental aparata malik “Çançjen-2C”/Long March-2C” daşıyıcı raketi bu gün Pekin vaxtı ilə saat 08:13-də (Bakı vaxtı ilə saar 04:13-red.) Çinin şimal-qərbində yerləşən “Szyusuan” peyk buraxılış mərkəzindən orbitə buraxılıb.

Peyk müəyyən edilmiş vaxtda orbitə uğurla çatıb.

Bu, “Çançjen-2C” reaktiv daşıyıcılarının 505-ci uğurlu buraxılışı idi.


Вернуться назад