Главная > Dünya > Yaponiyada süni intellektin inkişafı risklərini araşdıran mərkəz yaradılacaq

Yaponiyada süni intellektin inkişafı risklərini araşdıran mərkəz yaradılacaq


30-12-2023, 08:48. Разместил: azadses
Yaponiya hökuməti süni intellektin inkişafı ilə bağlı potensial riskləri öyrənəcək və onların aradan qaldırılması yollarını təklif edəcək yeni tədqiqat mərkəzi yaratmaq qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə Yaponiyanın ən böyük "Yomiuri" qəzeti məlumat yayıb.

Bildirilir ki, yeni mərkəzin işinə gələn ilin aprelində start verilə bilər. Nəşrin məlumatına görə, mərkəz süni intellekt sahəsində inkişaf şirkətləri ilə sıx əməkdaşlıqla onları öz tədqiqatlarının nəticələri ilə təmin edəcək. İş ilk növbədə süni intellekt texnologiyalarından yalan məlumatların yayılmasının və müəllif hüquqlarının pozulmasının qarşısının alınmasına yönəldiləcək. Qəzetin yazdığına görə, yeni mərkəz Tokioda yerləşən və ölkənin Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İnformatika İnstitutunun bazasında yaradılacaq.

Yaponiya səlahiyyətliləri bu yaxınlarda süni intellektin inkişafı mövzusuna və onunla bağlı potensial risklərə çox diqqət yetiriblər. Bu il G7-nin sədri kimi Yaponiya bu istiqamətdə birgə işlərin intensivləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Hazırda ölkədə “Originator Profile” adlı rəqəmsal texnologiya hazırlanır ki, bu da gələcəkdə bu və ya digər məlumatların, o cümlədən yalan məlumatların və zərərli niyyətlə internetdə yerləşdirilən ilkin mənbəni izləməyə imkan verəcək.


Вернуться назад