Главная > Dünya > Tailandda daşqınlar 7 nəfərin ölümünə səbəb olub

Tailandda daşqınlar 7 nəfərin ölümünə səbəb olub


29-12-2023, 11:18. Разместил: azadses
Tailandın cənubunda leysan yağışların səbəb olduğu son 50 ilin ən böyük daşqınları nəticəsində 7 nəfər ölüb, bir nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə “Thai PBS” kanalı məlumat yayıb.

Qeyd edlib ki, Narathivat, Yala, Sonqkhla, Pattani və Satun əyalətlərində baş verən fəlakət 260 mindən çox insana təsir edib.

Məlumata görə, çaylarda suyun səviyyəsi azalmağa başlasa da, bölgədə bir çox yollar avtomobillər üçün keçilməz olaraq qalır.


Вернуться назад