Главная > Dünya > Somali ordusu 130-dan çox “Əş-Şəbab” yaraqlısını məhv edib

Somali ordusu 130-dan çox “Əş-Şəbab” yaraqlısını məhv edib


25-12-2023, 14:40. Разместил: azadses
Somali Milli Ordusu Xalq Müdafiə Qüvvələri ilə əməkdaşlıq edərək Qalmuduq, Hirşabella və Cubalend əyalətlərində apardıqları əməliyyatlarda 130-dan çox “Əş-Şəbab” yaraqlısını məhv edib, digərlərini isə yaralayıblar.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin bəyanatına istinadən məlumat verilib.

Qeyd olunur ki, Muduq bölgəsində “Əş-Şəbab” üçün strateji əhəmiyyət kəsb edən ərazilər, o cümlədən Şabelüv, əsas Ədli yolu, Yaqus dağı, Baraq İsmayıl ərazisi və Sil-dier və Masaqavey şəhərləri azad edilib.
Əməliyyatlar zamanı xeyli sayda silah-sursat ələ keçirilib.

Mənbə: TASS


Вернуться назад