Главная > Dünya > BMT-nin 2024-cü il üçün büdcəsi təsdiqlənib
BMT-nin 2024-cü il üçün büdcəsi təsdiqlənib25-12-2023, 11:13. Разместил: azadses |
BMT Baş Assambleyası dünya təşkilatının gələn il üçün büdcəsini 3,59 milyard dollar məbləğində təsdiq edib. “Report” xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. Oktyabrda BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının gələn il üçün 3,3 milyard dollarlıq büdcəsini Baş Assambleyanın Beşinci Komitəsinə təqdim edib. Qeyd edək ki, 2023-cü ildə təşkilatın büdcəsi 3,4 milyard dollar, 2022-ci ildə isə 3,1 milyard dollar olub. Вернуться назад |