Главная > Dünya > Dövlət Departamenti Şimali Koreyanın raket buraxılışlarını pisləyib
Dövlət Departamenti Şimali Koreyanın raket buraxılışlarını pisləyib18-12-2023, 13:52. Разместил: azadses |
ABŞ Şimali Koreyanın dekabrın 17-si və 18-i iki ballistik raket buraxılışını pisləyir. “Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti bildirib. “Bu buraxılışlar, Pxenyanın bu il həyata keçirdiyi digər ballistik raket buraxılışları kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur. Onlar KXDR-in qonşuları üçün təhlükə yaradır və regional təhlükəsizliyə xələl gətirir”, – departament qeyd edib. Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-nin Şimala qarşı diplomatik yanaşmaya sadiq qaldığını bildirib və Pxenyanı dialoqa qayıtmağa çağırıb. “Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyimiz sarsılmaz olaraq qalır”, – o əlavə edib. Вернуться назад |