Главная > Dünya > Almaniya Qırmızı dənizə freqat göndərmək imkanını araşdırır

Almaniya Qırmızı dənizə freqat göndərmək imkanını araşdırır


17-12-2023, 14:36. Разместил: azadses
Almaniya hökuməti ticarət gəmilərini “Ənsar Allah” hərəkatının husi üsyançılarının hücumlarından qorumaq üçün “Hessen” freqatını Qırmızı dənizə göndərmək imkanını araşdırır.

"Report"un məlumatına görə, bu barədə “Bild” qəzeti Almaniya ordusundakı mənbələrə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, Hessen 2024-cü ilin yanvarında limanı tərk edərək Qırmızı dənizə doğru istiqamət ala bilər.

Friqat müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub ki, bu da gəmiləri raketlərdən və pilotsuz uçuş təyyarələrindən effektiv şəkildə qorumağa imkan verəcək. Gəminin ekipajı 245 nəfərdən ibarətdir.


Вернуться назад