Главная > Dünya > Yaponiya ASEAN ilə əməkdaşlığı gücləndirmək istəyir

Yaponiya ASEAN ilə əməkdaşlığı gücləndirmək istəyir


17-12-2023, 13:48. Разместил: azadses
Yaponiya Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Tokioda keçirilən Yaponiya-ASEAN sammitində Yaponiyanın baş nazir Fumio Kisida deyib.

Onun sözlərinə görə, hüquqi dövlətə əsaslanan beynəlxalq nizam ciddi problemlərlə üz-üzədir: "Yaponiya ASEAN ilə həmişəkindən daha sıx əməkdaşlıq etmək istəyir".

Öz növbəsində ölkəsi hazırkı sammitə həmsədrlik edən İndoneziya prezidenti Coko Vidodo Yaponiyanı ASEAN üçün mühüm tərəfdaş adlandırıb.
Вернуться назад