Главная > Dünya > Rusiya FTX-sindən 153 milyon rubl mənimsəyən təşkilatçı istintaqdan yayınıb
Rusiya FTX-sindən 153 milyon rubl mənimsəyən təşkilatçı istintaqdan yayınıb14-12-2023, 10:23. Разместил: azadses |
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) 153 milyon rublun oğurlanmasını təşkil edən iş adamı Aleksey Kovalçuk istintaqdan qaçıb və beynəlxalq axtarışa verilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iş üzrə təqsirləndirilən şəxslərdən birinin həbs müddətinin uzadılması barədə məhkəmə qərarında deyilir. “Təqsirləndirilən Aleksey Kovalçuk cinayətin təşkilatçılarından biri olmaqla, istintaqdan, məhkəmədən qaçıb, federal və beynəlxalq axtarışdadır”, - məhkəmənin qərarında deyilir. Həmçinin qeyd olunur ki, Federal Təhlükəsizlik Xidmətinin Sərhəd xidmətinin sahil mühafizə şöbəsinin keçmiş rabitə rəisi, 1-ci dərəcəli kapitan Dmitri Kafanov özü də cinayətdə iştirakda təqsirli olduğunu etiraf edib, lakin buna baxmayaraq, məhkəmə onun barəsində həbs-qətimkan tədbirini 2024-cü il yanvarın 17-dək uzadıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın son hadisələri pərdəsi altında mülki ehtiyaclar üçün nəzərdə tutulan Çin planşetlərinin FTX-nin sərhəd xidmətinə çatdırılmasından şübhələnirlər. Eyni zamanda, bu cihazlar şişirdilmiş qiymətə ödənilib. İşin istintaqı zamanı Kafanovun və onun həmkarının dələduzluqda əli olduğunu deməyə əsaslar olub. İşin materiallarından belə çıxır ki, ümumilikdə bu işdə azı altı nəfər iştirak edir, onların kimliyi və vəzifəsi müəyyən edilib. Bundan başqa, işdə şəxsiyyəti məlum olmayan şəxslər də var. Вернуться назад |