Главная > Dünya > İngiltərə bir ildə 11,8 milyard dollar dəyərində spirtli içkilər ixrac edib
İngiltərə bir ildə 11,8 milyard dollar dəyərində spirtli içkilər ixrac edib12-12-2023, 11:16. Разместил: azadses |
Böyük Britaniya tərəfindən son hesabat ilində (2023-cü ilin iyul ayına qədər) spirtli içkilərin ixracı əvvəlki illə müqayisədə 13% artaraq 11,8 milyard dollar təşkil edib. “Report” xəbər verir ki, bu barədə “The Times” qəzeti Hazlewoods konsaltinq şirkətinə istinadən məlumat yayıb. Qeyd olunub ki, viski bütün istehsalın üçdə ikisini təşkil edib və ümumilikdə 7,95 milyard dollar təşkil edib. İxrac edilən viski təkcə Şotlandiyada deyil, İngiltərə və Uelsdə də istehsal olunub. Başda Fransa, Almaniya və İspaniya olmaqla Avropa İttifaqına üzv ölkələr 2,2 milyard dollar dəyərində dünyanın ən məşhur spirtli içkilərindən birini satın alıblar. Cin 855 milyon dollarlıq, pivə isə 611 milyon dollarlıq ixrac edilib. Krallıqdan kənar ölkələr 5,8 milyard dollar dəyərində viski alıblar. Amerika Birləşmiş Ştatları krallığın ən böyük spirtli içki bazarı olaraq qalır və illik satışları 1,37 milyard dollardır. Hindistan və Sinqapur 2022-ci ildə Britaniyadan alışlarını əhəmiyyətli dərəcədə artırıb - müvafiq olaraq 306,8 milyon dollar və 504,2 milyon dollar. Вернуться назад |