Главная > Dünya > Hindistanda ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Hindistanda ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb


10-12-2023, 13:00. Разместил: azadses
Avtomobilin yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla azı 8 nəfər həlak olub.

“Report” NDTV-yə istinadən xəbər verir ki, qəza bazar günü gecə Uttar Pradeş ştatının Bareyli-Naynital magistralında baş verib.

Polisin məlumatına görə, qohumunun toyuna gedən yeddi böyük və bir uşağı daşıyan nəqliyyat vasitəsi yolun qarşı tərəfinə çıxaraq yük maşını ilə toqquşub. Nəticədə avtomobil yanıb, toqquşma nəticəsində qapılar sıxılıb, onları açmaq və insanları xilas etmək mümkün olmayıb.

Yük maşınının sürücüsü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад