Главная > Dünya > Çili Prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb
Çili Prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb10-12-2023, 08:54. Разместил: azadses |
Çili Prezidenti Qabriel Boric ABŞ-nin Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb. “Report”un məlumatına görə, bu barədə Qabriel Boric “X” sosial şəbəkəsində məlumat yayıb. “BMT-nin struktur islahatlarına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - paylaşımda deyilir. Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub. Вернуться назад |