Главная > Dünya > İtaliyada xəstəxanada baş verən yanğında 4 nəfər ölüb

İtaliyada xəstəxanada baş verən yanğında 4 nəfər ölüb


9-12-2023, 19:35. Разместил: azadses
İtaliya paytaxtı Romanın yaxınlığında yerləşən Tivoli şəhərindəki xəstəxanada baş verən yanğında 4 nəfər ölüb, 250 xəstə təxliyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Yanğın dünən gecə saatlarında baş verib. Ölən dörd nəfərdən biri tüstüdən zəhərlənərək ölüb. Yeraltı otaqda başlayan yanğın daha sonra yuxarı mərtəbələrə keçib. Hadisənin səbəbləri araşdırılır.


Вернуться назад