Главная > Dünya > Baydenin oğluna qarşı yeni ittihamlar irəli sürüldü
Baydenin oğluna qarşı yeni ittihamlar irəli sürüldü8-12-2023, 15:30. Разместил: azadses |
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb. Bu barədə Kaliforniyanın Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə deyilir. Bildirilir ki, müttəhim 2016-2019-cu illərdə 1,4 milyon dollardan çox federal vergini ödəməkdən yayınmaqda, həmçinin qeyri-dəqiq vergi bəyannamələri verməkdə ittiham olunur. KİV-in məlumatına görə, onu 17 ilə qədər həbs cəzası gözləyə bilər. Xüsusi prokuror Devid Uays iddia edir ki, Hanter Bayden vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib. Təqsirləndirilən şəxs 2016-cı ildə təxminən bir milyon dollar, 2017-ci ildə 1,4 milyon dollar, 2018-ci ildə 1,8 milyon dollar və 2019-cu ildə 600 min dollar xərcləyib. 2020-ci ilin yanvarından 15 oktyabra qədər müttəhim 1,2 milyon dollardan çox maliyyə dəstəyi alıb və bu vəsait müxtəlif şəxsi məqsədlər üçün xərclənib. “Təqsirləndirilən şəxs 2016-cı ildən 15 oktyabr 2020-ci ilə qədər bu pulu narkotiklərə, eskort xidmətlərinə, rəfiqələrinə, dəbdəbəli hotellərə, daşınmaz əmlak kirayələrinə, nadir avtomobillərə, geyimlərə və digər şəxsi əşyalara, yəni vergilərdən başqa hər şeyə xərcləyib”, - deyə sənəddə vurğulanıb. Xatırladaq ki, Hanter Bayden bundan əvvəl silahla bağlı üç cinayətdə - odlu silah alarkən yalan danışmaqda, lisenziyalı dilerə yalan məlumat verməkdə və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozmaqda ittiham olunub. Mənbə: TASS Вернуться назад |