Главная > Dünya > Ermənistan və İran yeni körpü tikintisinin layihəsi üzərində işləyir

Ermənistan və İran yeni körpü tikintisinin layihəsi üzərində işləyir


6-12-2023, 18:00. Разместил: azadses
Ermənistan və İran Araz çayı üzərində yeni körpü tikintisinin layihəsi üzərində işləyir.

“Report” “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan bildirib.

Onun sözlərinə görə, körpünün tikintisi ilə bağlı texniki göstəricilər dəqiqləşdirilir.

Nazir müavini bildirib ki, yeni körpü köhnəyə paralel olaraq tikiləcək: “Tələsmək lazım deyil, texniki-iqtisadi araşdırmaların başa çatmasını gözləmək lazımdır”.


Вернуться назад