Главная > Dünya > KİV: Ər-Riyad Tehrana münaqişənin Qəzzadan kənara çıxmaması üçün investisiya təklif edib

KİV: Ər-Riyad Tehrana münaqişənin Qəzzadan kənara çıxmaması üçün investisiya təklif edib


29-11-2023, 20:23. Разместил: azadses
Səudiyyə Ərəbistanı İsraillə HƏMAS arasındakı müharibənin genişlənməsinin qarşısının alınması müqabilində İran iqtisadiyyatına investisiya təklif edib.

“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Qeyd edilib ki, İran regiondakı “proksi qruplarına” təsir göstərə bilərsə, İsraillə HƏMAS arasındakı müharibənin genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsinə mane olarsa, Səudiyyə Ərəbistanından investisiya alacaq. Səudiyyə Ərəbistanı bu təklifi həm birbaşa, həm də müxtəlif vasitəçilər yolu ilə edib.

Xatırladaq ki, Tehran və Ər-Riyad arasında belə bir qarşılıqlı fəaliyyətin mümkünlüyü İran Prezidenti İbrahim Rəisi ilə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud arasında noyabrın 11-də Ərəb İslam Fövqəladə Sammiti çərçivəsində baş tutan şəxsi görüşdə müzakirə olunub.


Вернуться назад