Главная > Dünya > İbrahim Kalın HƏMAS liderləri ilə danışıqlar aparıb

İbrahim Kalın HƏMAS liderləri ilə danışıqlar aparıb


28-11-2023, 19:41. Разместил: azadses
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın liderləri ilə danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki,Türkiyə girovların azad edilməsi üçün HƏMAS-a bir sıra ölkələrin təkliflərini göndərib.

Qeyd edilib ki, Ankaranın tələbi HƏMAS-ın Qəzzadakı hərbi qanadına daxili rabitə kanalları vasitəsilə çatdırılıb və azad ediləcək girovlar arasında həm İsrail, həm də üçüncü ölkə vətəndaşlarının olacağına zəmanət verilib: “Altı həftə ərzində İbrahim Kalın HƏMAS ilə dörd görüş keçirib: Dohada, ikisi Ankarada və biri İstanbulda. Bu görüşlər zamanı HƏMAS-dan ilk addım olaraq girovları azad etməsi istənilib”.


Вернуться назад