Главная > Dünya > KİV: ABŞ hərbçiləri türkiyəli dənizçiləri daşıyan gəmini silahlılardan qurtarıb

KİV: ABŞ hərbçiləri türkiyəli dənizçiləri daşıyan gəmini silahlılardan qurtarıb


27-11-2023, 08:54. Разместил: azadses
ABŞ hərbi dəniz qüvvələrinin gəmisi Yəmən sularında yaraqlıların hücumuna uğramış “Central Park” tankerindən gələn fəlakət siqnalına reaksiya verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin rəsmiləri bildiriblər.

Məlumata görə, fosfor turşusu daşıyan tankerə həmlə edənlər müəyyən edilməyib.

“Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri “Meyson” döyüş gəmisinin fəlakət siqnalına cavab verdiyini və tankerin artıq azad olduğunu bildirib”, – agentlik qeyd edib.

Xatırladaq ki, daha öncə Türkiyənin Dənizçilik İdarəsi göyərtəsində türkiyəli dənizçilərin olduğu tankerlə əlaqənin kəsildiyi və qaçırıldığını güman edildiyini açıqlamışdı. “Məsələ nazirliyimiz və Xarici İşlər Nazirliyi tərəfindən izlənilir”, – idarə bildirmişdi.


Вернуться назад