Главная > Dünya > Tayvan sahillərində güclü zəlzələ baş verib
Tayvan sahillərində güclü zəlzələ baş verib26-11-2023, 11:16. Разместил: azadses |
Tayvan sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 350 min insanın yaşadığı Hualyan şəhərindən 85 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 27 km dərinlikdə yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Вернуться назад |