Главная > Dünya > KXDR-də yerli və regional xalq məclislərinə seçkilər başlayıb

KXDR-də yerli və regional xalq məclislərinə seçkilər başlayıb


26-11-2023, 09:40. Разместил: azadses
Koreya Xalq Demokratik Respublikasında (KXDR) yerli və regional səviyyələrdə xalq məclislərinə deputat seçkiləri başlayıb, ilk iki saat ərzində seçicilərin 47,8%-i səs verib.

“Report”un məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Seçki məntəqələri yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05:00) açılıb və saat 12:00-a olan məlumata görə, seçicilərin 47,81 faizi səs verib.

Qeyd edək ki, Şimali Koreya daha əvvəl seçki qanununa dəyişiklik edərək parlamentə namizədlərin ilkin tədbirdə iki namizəd arasından seçilməsinə icazə verib.


Вернуться назад