Главная > Dünya > İsrailin xeyrinə casusluq etdiyi iddia edilən iki fələstinli izdiham tərəfindən vəhşicəsinə öldürülüb

İsrailin xeyrinə casusluq etdiyi iddia edilən iki fələstinli izdiham tərəfindən vəhşicəsinə öldürülüb


25-11-2023, 10:24. Разместил: azadses
İordan çayının qərb sahilində yerləşən Tulkərm qəsəbəsində iki fələstinli İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinərək izdiham tərəfindən döyülərək öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Onun məlumatına görə, qəzəbli izdiham İsrail hakimiyyəti ilə əməkdaşlıq etdiyi iddia edilən iki yerli sakini linç edib. Bir çox insan özləri qırğında iştirak edib və ya baş verənləri müşahidə edib, foto və video çəkiblər. Daha sonra camaat ölənlərin cəsədlərini elektrik dirəyindən asıb.


Вернуться назад