Главная > Dünya > Somalidə daşqınlar nəticəsində 41 nəfər ölüb, 1,7 milyon insana zərər dəyib

Somalidə daşqınlar nəticəsində 41 nəfər ölüb, 1,7 milyon insana zərər dəyib


21-11-2023, 09:40. Разместил: azadses
Somalidə oktyabrın əvvəlindən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 41 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin 12-si uşaqdır. Bildirilib ki, leysan yağışları 1,7 milyon insana zərər vurub.

“Təkcə son bir həftə ərzində leysan yağışlar və daşqınlar daha yarım milyon insana ziyan vurub. Beləliklə, oktyabrın əvvəlindən daşqınlardan zərər çəkənlərin ümumi sayı 1,7 milyon nəfərə çatıb.

640 mindən çox Somali sakini evlərini tərk edib. Ölkənin bir çox yerlərində yollar, körpülər və uçuş zolaqları zədələnib. Diareya və vəba şübhəsi ilə yoluxanların sayı da artır.

Oktyabr ayından bəri 740 mindən çox insana həyati xilasetmə yardımı göstərilib. Sürətlə artan ehtiyaclara baxmayaraq, humanitar yardım üçün maliyyə aşağı səviyyədə qalır”.


Вернуться назад