Главная > Dünya > Robert Kutler: "Fransa Cənubi Qafqazda Rusiyaya meydan oxuyur"

Robert Kutler: "Fransa Cənubi Qafqazda Rusiyaya meydan oxuyur"


16-11-2023, 16:05. Разместил: azadses
Fransa Cənubi Qafqazda Rusiyaya meydan oxuyur.

Bunu “Report”a açıqlamasında Karleton Universitetinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun keçmiş baş elmi işçisi və Kanada Qlobal Əlaqələr İnstitutunun keçmiş əməkdaşı Robert M. Kutler deyib.

“Ola bilər ki, Fransa Cənubi Qafqazda özünə yeni rol axtarır, Rusiyaya meydan oxuyur, Türkiyəni qabaqlamağa çalışır və BP-nin Azərbaycanın enerji sektorunda uzunmüddətli mövcudluğuna görə Azərbaycanda nüfuzlu hesab etdiyi Böyük Britaniyaya qarşı çıxır”, - deyə o, fikrini genişləndirib.

Müsahib bildirib ki, erməni diasporunun nümayəndələri Ermənistandakı bəzi şəxslərlə birlikdə Azərbaycana təsir edə biləcəklərinə inanmaqda davam edirlər:

“Rusiyanın Gürcüstanda təsirinin azaldığını və Azərbaycanın balanslaşdırılmış yanaşmasını davam etdirəcəyini başa düşdüyünü nəzərə alsaq, deyə bilərik ki, Fransanın elit siyasi dairələri tərəfindən motivasiya edilmiş diaspordakı ermənilər sözügedən planın icrası üçün Ermənistana giriş nöqtəsi kimi baxırlar. Rusiya vasitəsilə istəklərinə çata bilməyənlər indi ABŞ və Aİ-ni Azərbaycana qarşı təhrik etməyə çalışırlar. Bu davranışlar bir qismi harada yaşamasından asılı olmayaraq etnik türklərə qarşı hiss etdikləri düşmənçilik duyğusundan qaynaqlanır. Dediyim kimi, mövcud meyillər Ermənistana silah satışı müqaviləsinin imzalanması ilə gündəmə gələn Fransa təşəbbüsünün təsiri altındadır”.


Вернуться назад