Главная > Dünya > Seul Koreyalararası razılaşmanın qismən dayandırılmasını istisna etmir
Seul Koreyalararası razılaşmanın qismən dayandırılmasını istisna etmir14-11-2023, 13:00. Разместил: azadses |
Cənubi Koreya 2018-ci ildə Koreyalararası hərbi sazişin qismən dayandırılmasını nəzərdən keçirir. “Report” xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “Yonhap” agentliyi məlumat yayıb. “Hökumət Şimali Koreyanın təxribatlarına qarşı ehtiyat tədbiri kimi Koreyalararası hərbi razılaşmanın bəzi müddəalarının dayandırılması imkanını nəzərdən keçirir”, – agentliyin mənbəsi bildirib. Onun sözlərinə görə, hazırda müzakirə olunan tədbirlərdən biri Şimali Koreyanın hərbi casus peykini orbitə buraxacağı təqdirdə sərhədyanı ərazilərə yaxın müşahidələrin bərpasını nəzərdə tutur. Agentlik xatırladır ki, Koreyalararası saziş hərbi demarkasiya xəttinin qərb hissəsindən 10 km və şərq hissəsindən 15 km radiusda dronların uçuşlarını qadağan edir. Вернуться назад |