Главная > Dünya > Şimali Koreya BMT-nin Cənubi Koreyadakı komandanlığını ləğv etməyə çağırıb
Şimali Koreya BMT-nin Cənubi Koreyadakı komandanlığını ləğv etməyə çağırıb13-11-2023, 09:33. Разместил: azadses |
Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin Silahsızlaşdırma və Sülh İnstitutu Koreya yarımadasında sülhün bərqərar olması naminə BMT-nin Cənubi Koreyadakı komandanlığını ləğv etməyə çağırıb. “Report” xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Məqalə Cənubi Koreyanın təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə BMT Komandanlığına üzv dövlətlər arasında uzun illərdən sonra başlanan ilk danışıqlara təsadüf edib. “BMT Komandanlığı 1950-ci illərdə Koreya Müharibəsi zamanı daha çox təcavüzkar hərbi qüvvələri Koreya cəbhəsinə köçürmək üçün ABŞ tərəfindən uydurulmuş qeyri-qanuni hərbi strukturdur. Bu gün, onilliklər əvvəl ləğv edilməli olan BMT Komandanlığı ikinci Koreya müharibəsini imitasiya edən qarşıdurma bəyanatı uyduraraq onun aqressiv mahiyyətini bir daha ortaya qoyacaq”,-məqalədə deyilir. Вернуться назад |