Главная > Dünya > Çinin şərqində yaşayış binasının uçması nəticəsində 4 nəfər ölüb

Çinin şərqində yaşayış binasının uçması nəticəsində 4 nəfər ölüb


12-11-2023, 11:19. Разместил: azadses
Çinin şərqindəki Çjentszyan vilayətinin Yuntszya qəzasında yaşayış evinin uçması nəticəsində dörd nəfər ölüb.

“Report” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, yerli orqanlar bazar günü məlumat yayıb.

Bildirilib ki, insident ötən gün günorta saatlarında təmir zamanı baş verib. Dörd nəfər bina qalıqlarının altında qalıb. Axtarış-xilasetmə əməliyyat bütün gün və bazar gününə keçən gecə davam edib.

Xilasedicilər ölənlərin meyitlərini ancaq səhər aşkarlaya bilib.

Faktla bağlı araşdırma aparılır.


Вернуться назад