Главная > Dünya > Texasda insanları girov götürmüş şəxslə polis arasında atışma olub, ölənlər var

Texasda insanları girov götürmüş şəxslə polis arasında atışma olub, ölənlər var


12-11-2023, 08:00. Разместил: azadses
ABŞ-nin Texas ştatının Ostin şəhərində şübhəli şəxsin bir neçə nəfəri girov götürdükdən və polislə atışmaya girdikdən sonra biri hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla üç nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Ostin Polis İdarəsinin rəis əvəzi Robin Henderson qurumun feysbuk səhifəsində yayımlanmış mətbuat konfransında deyib.

Polisin bildirdiyinə görə, şübhəli şəxs SWAT (çevik polis alayının analoqu) əməkdaşları tərəfindən zərərsizləşdirilməzdən öncə atışma zamanı ikinci zabit və daha bir nəfər yaralanıb.

Rəis əvəzinin sözlərinə görə, “911”ə məlumat daxil olduqdan 12 dəqiqə sonra evə gəlmiş polis əməkdaşları evdə şübhəli ilə birlikdə daha iki yaralı qurbanın olduğunu öyrəniblər. O vurğulayıb ki, üçüncü qurban evdən qaçıb və qonşuluqda tapılıb.

Henderson qeyd edib ki, polisin evə girmə cəhdi uğursuz alınıb: şübhəli şəxs onlara atəş açmağa başlayıb. Daha sonra hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub. Beləliklə, əməliyyat nəticəsində şübhəli şəxs yerindəcə öldürülüb.

Polis idarəsinin rəhbəri deyib ki, qarşıdurmada iki zabit güllə yarası alıb. Onlardan biri xəstəxanada keçinib. İkincinin vəziyyəti isə stabildir.

Eyni zamanda, içəridəki girovların da hər ikisi hadisə yerində ölüb.


Вернуться назад